
Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası keçirilib.
Gununsesi.info xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Aksiya çərçivəsində 150-yə yaxın ağac əkilib. Aksiyada Asan Xidmət könüllüləri də iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi qazisi, birinci qrup əlil Əzizov Rəvan üçün inşa edilən evlə də tanış olublar. Görüş xoş təəssüratla yadda qalıb.














