
Ucarda yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayon ərazisində, pambıq zavodu yaxınlığında baş verib.
Qəza zamanı hərəkətdə olan maşınlardan biri yol kənarında dayanan avtomobilə çırpılıb.
Hadisədə müxtəlif bədən xəsarətləri alan 1960-cı il təvəllüdlü Fərzəliyev Elsəvər Baba oğlu xəstəxanaya çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı Göyçay xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info