Prezident Antarktidada həbsxana tikmək istəyir

Ekvador prezidenti Daniel Noboa Antarktidada 100 məhbusun yerləşə biləcəyi həbsxana tikməyi təklif edib.

Gununsesi.info xəbər verir ki.Ekvador liderinin sözlərini The New Yorker nəşri yazır.

Nəşrin yazdığına görə, prezidentin köməkçilərindən biri onun təklifini pis fikir olmadığını bildirib.

O, xatırladıb ki, qitəyə çıxışı olan ölkələr Antarktidada dövlətlərin mövcudluğunu elmi tədqiqat və s. ilə məhdudlaşdıran bir müqavilə ilə bağlıdır.

Eyni zamanda prezidentin köməkçisi bu məsələni araşdıracağına söz verib.

Antarktidada obyekt yaratmaq təklifi Noboa tərəfindən Ekvadorun Kuenka şəhərində məhbusların gizli tunel qazdığı həbsxanaya baş çəkdikdən sonra gəlib.

Ekvador 1959-cu ildə imzalanan Antarktika Müqaviləsi üzrə məşvərətçi tərəfdir və bu müqavilə imzalayanlara qitədə tədqiqat fəaliyyəti aparmaq azadlığı verir.

Sənədin şərtlərinə görə, ölkələr həm də müqavilənin qüvvədə olduğu bütün müddət ərzində Antarktidaya yeni ərazi iddiaları irəli sürməkdən imtina etməyə borcludurlar.

Qeyd edək ki, aprel ayında Ekvador həbsxanasının rəhbəri El Rodeonun silahlı hücuma məruz qaldığı və adamın sağ qala bilməyəcəyi bildirilmişdi.

 

 

Günay

Gununsesi.info