İŞİD-in keçmiş rəhbəri cinsi işgəncələrə məruz qalıb

“İslam Dövləti” qrupunun keçmiş rəhbəri Əbu Bəkrrə əl-Bağdadi İraqdakı Amerika həbsxanasında “cinsi işgəncələrə” məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun dul arvadı Umm Hudeyfa BBC News-a müsahibəsində bildirib.

Qadın hazırda Bağdaddakı İraq həbsxanasında saxlanılır. O, ərinin “mühafizəkar, lakin ekstremist bir insan” olduğunu deyir.

Bağdadi 2004-cü ildə İraqda Amerika qoşunlarına qarşı döyüşmək üçün sünni qruplaşmasının əsasını qoyduğuna görə həbs olunub.

Xudaifənin sözlərinə görə, azadlığa çıxandan sonra ərində “psixoloji problemlər” yaranıb. Əl-Bağdadi əsəbiləşir və tez-tez qəzəblənirdi. O, həyat yoldaşının vəziyyətini “başa düşülməyən bir şeylə qarşılaşdığı” ilə izah edib. Dul qadın hesab edir ki, həbsdə olarkən əri “cinsi işgəncələrə məruz qalıb”.

Xatırladaq ki, Əbu Bəkr Əl-Bağdadi 2019-cu ilin oktyabrında ABŞ-ın Suriyanın şimalında keçirdiyi reydi zamanı öldürülüb.

Umm Hudeyfa oğurlanmış qadınların cinsi köləlikdə iştirak etdiyi iddiası ilə istintaq altındadır. Eyni zamanda, o, ittihamları rədd edərək, özünün İD-dən qaçmağa çalışdığını iddia edir.

 

 

Gununsesi.info