
Çexiyanın Daxili İşlər Nazirliyi ukraynalı qaçqınların öz vətənlərinə könüllü qayıtması üçün pilot layihəyə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Radio Prague International məlumat yayıb.
Layihə mayın ortalarında təsdiqlənib və 2024-cü ilin iyunundan noyabr ayına kimi fəaliyyət göstərəcək. Onun çərçivəsində ukraynalılara Ukraynaya qayıtmaqda köməklik, o cümlədən nəqliyyat xərclərinin ödənilməsi təklif olunacaq.
Ümumilikdə proqramın həyata keçirilməsi üçün təxminən 5,5 milyon kron ayrılıb. Çexiya hakimiyyəti 400 qaçqının avtobus biletlərini ödəyə, həmçinin daha 30 qaçqının təcili yardım daşımasını təşkil edə biləcək. Eyni zamanda, ukraynalılar layihə çərçivəsində biletdən yalnız bir dəfə istifadə edə biləcəklər.
Çexiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin aprelinə olan məlumata görə, ölkədə Ukraynadan olan təxminən 339 min qaçqın yaşayır.
Onlar ümumilikdə 16,33 milyard kron məbləğində humanitar yardım alıblar.
Gununsesi.info