
Avropa Komissiyası (AK) Ukrayna və Moldova ilə bu ölkələrin birliyə qoşulması ilə bağlı danışıqlara başlamaq üçün Avropa İttifaqı (Aİ) Şurasına tövsiyə verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ana Pizonero bildirib.
Bildirilir ki, o, Brüsseldə mətbuat konfransı zamanı bildirib ki, Ukrayna və Moldova ilə danışıqlara başlamaq bəndi Aİ səfirlərinin iclasının gündəliyinə daxil edilib.
AK hesab edir ki, Ukrayna və Moldova Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq üçün bütün şərtləri yerinə yetirib.
Məlumata görə, bu məlumat assosiasiyaya üzv olan ölkələrə ötürülüb və onlar qərar qəbul etməlidir.
Qeyd edək ki, bundan əvvəl “Politico” qəzetinin Avropa nəşri Avropa İttifaqının iyunun 25-dən Moldova və Ukraynanın qəbulu ilə bağlı rəsmi danışıqlara başlamaq niyyəti barədə yazıb.
Şəbnəm
Gununsesi.info