Onların tələbələrə casusluq etdiyi aşkar edildikdən sonra müqavilə ləğv edilib

  • By Admin2
  • 10 İyun 2025 14:12

Miçiqan Universiteti tələbələrinin casusluq etdiyini aşkar etdikdən sonra təhlükəsizlik şirkətləri ilə müqavilələri ləğv edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -nin Miçiqan Universiteti özəl təhlükəsizlik məmurunun Fələstin tərəfdarı olan tələbə qruplarını kampusda və ondan kənarda izlədiyi müəyyən edildikdən sonra kampusda özəl təhlükəsizlik şirkətlərindən aldığı xidmətləri dayandırdığını açıqlayıb.

Universitet rəhbərliyi verdiyi açıqlamada, xidmət aldığı özəl təhlükəsizlik şirkətinin işçilərindən birinin Fələstin tərəfdarı tələbələri kampusda və ondan kənarda gizli şəkildə izləməsinin və qeyd etməsinin “qəbuledilməz və qeyri-etik” olduğunu bildirib.

Bəyanatda qeyd edilir ki, özəl təhlükəsizlik məmurları təxminən bir il əvvəl kampusun sıx ərazilərində “şübhəli fəaliyyət” barədə məlumat vermək üçün işə götürülüb, lakin bu şəxslərə nəzarət səlahiyyəti verilməyib.

Universitetin prezidenti Domeniko Qrasso da kampusda təhlükəsizlik xidmətləri göstərən bütün xarici provayderlərlə imzalanmış müqavilələrə xitam verildiyini açıqlayıb.

Grasso, “Heç bir fərd və ya qrup inanclarına və ya mənsubiyyətlərinə görə hədəfə alınmamalıdır” deyib.

“The Guardian” qəzeti iyunun 6-da yazıb ki, Detroitdə yerləşən özəl təhlükəsizlik şirkəti “City Shield”də işləyən mülki geyimli zabitlər Miçiqan Universitetinin tələbələrini lentə alıb, onların söhbətlərini dinləyiblər.

Orxan

Gununsesi.info