Goranboyda ağır qəza - 2 ağır yaralı var

  • By Günel
  • 09 İyun 2025 20:40

Goranboyda ağır qəza baş verib, avtomobil evə çırpılıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağcakənd istiqamətində baş verib.

İlkin məlumata görə, “KİA” markalı avtomobil evə çırpılıb.

Nəticədə iki nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan şəxslərdən biri Xocalı rayon sakini 1986 cı il təvəllüdlü Ramal Mehdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan daha bir nəfər isə Bakı şəhər sakini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info