“Məğrib Müqavimət Karvanı” yoldadır

  • By Admin2
  • 10 İyun 2025 14:17

“Məğrib Müqavimət Karvanı” İsrailin Qəzza zolağının blokadasını yarmaq üçün Tunisdən yola düşüb. 12 avtobus və 100 nəqliyyat vasitəsindən ibarət karvanda mindən çox fəal iştirak edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Məğrib Müqavimət Karvanı” İsrailin Qəzza blokadasını qırmaq və Fələstin xalqına dəstək olmaq üçün Tunisdən yola düşüb.

Paytaxt Tunisin mərkəzindəki 5-ci Məhəmməd küçəsində toplaşan Mavritaniya, Mərakeş, Əlcəzair və Tunisdən olan yüzlərlə fəal konvoyun ilk dayanacağı olan Tunisin Susa şəhərinə yola düşüb.

Tunisdə yerləşən Müstəqil Fələstinlə Həmrəylik Koordinasiyasının rəhbərliyi ilə təşkil edilən konvoyla bağlı açıqlama verən konvoyun sözçüsü Dr.Muhammed Emin Bennur, “Bu konvoy Avropa, Cənubi Amerika və Cənub-Şərqi Asiyadan 30-dan çox ölkəni əhatə edən qlobal təşəbbüsün bir hissəsidir. Məqsədimiz qurudan Qəzzaya çatmaq və səyahət boyu həyata keçirəcəyimiz fəaliyyətlərlə Qəzzada baş verənləri dünyaya bildirməkdir”.

Koordinasiya üzvü Cevahir Şenna da karvan üçün son hazırlıqların tamamlandığını ifadə edərək, “Əlcəzairdən gələn qardaşlarımız da daxil olmaqla, mindən çox iştirakçı 12 avtobus və 100 vasitəyə paylandı. İştirakçılar yol boyu tamamlandıqdan sonra hamımız Qəzzaya doğru yola düşəcəyik” deyib.

Bu arada, vətəndaş cəmiyyəti təşkilatları, diplomatlar və humanitar təşkilatların koordinasiyası ilə 32 ölkədən minlərlə fəal iyunun 15-də Rəfah Sərhəd Qapısında nümayiş keçirməyi planlaşdırır.

Aktivistlər iyunun 12-də Misirin paytaxtı Qahirədə toplaşmaq, Qəzza sərhədindəki Ariş şəhərinə getmək və ertəsi gün Rafah Sərhəd Qapısından Rafah-Border məntəqəsinə getmək niyyətindədirlər. 

Orxan

Gununsesi.info