Göydən yerə köpək balığı düşdü - FOTOLAR

  • By Günel
  • 10 İyun 2025 16:39

ABŞnin Cənubi Karolina ştatında elmi fantastika filminə bənzəyən hadisə baş verib. Bir çəkic başlı köpəkbalığı göydən yaşıl otlarla örtülmüş qolf meydançasına düşüb...

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə okeanın yaxınlığında yerləşən Splinter City Disc Golf sahəsində baş verib.

Çimlerin ortasına gökten köpekbalığı düştü!

Hadisənin şahidi Conatan Marlowe baş verənləri “Həqiqətən olub-olmadığını bir-birimizə təkrar-təkrar soruşduq” sözləri ilə izah etdi.

Balıq qartalı (osprey)

Mütəxəssislərin fikrincə, sahəyə düşən köpəkbalığının əsl daşıyıcısı dənizdə ov edən balıq kartalı (osprey) adlı quş növü olub. Bu qartal, ehtimal ki, kiçik çəkic başlı köpəkbalığı balasını pəncələrində tutub və onu sahildən təxminən 800 metr içəriyə aparib. Lakin iki qarğanın qartala hücumu nəticəsində, heyvan ağzındakı köpəkbalığını yerə salıb.

Mütəxəssislər deyirlər ki, yaz aylarında qarğaların bu cür “qaba” davranışı daha çox olur. Öz yuvalarını və qida qaynaqlarını qorumaq üçün daha böyük yırtıcılara qarşı birlikdə hərəkət edirlər. Bu da balıq qartalının köpəkbalığını əlindən qaçırmasına səbəb ola bilər…

Günel Həsənova

Gununsesi.info