“Madleen” gəmisindəki fəallar deportasiya olunmağı rədd edirlər - İsrail məhkəməsinə çıxarılacaqlar -VİDEO - FOTOLAR

  • By Günel
  • 10 İyun 2025 12:03

Qəzzada blokadanı yarmaq üçün yola çıxan, lakin İsrailin Aşdod limanına çəkilən “Madleen” gəmisindəki ikisi türk olmaqla, 12 fəal deportasiya olunmaq üçün Ben Qurion hava limanına aparılıb. Ancaq fransız fəallar deportasiya olunmaqdan imtina ediblər.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, israil ordusu Qəzza zolağına humanitar yardım çatdırmaq üçün yola çıxan 12 insan haqları müdafiəçisinin olduğu “Madleen” gəmisinə müdaxilə edib.

Təzyiqdən sonra gəmi ilə əlaqənin kəsildiyi və gəminin İsrailin Aşdod limanına çatdığı bildirilib.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, İsveç vətəndaşı təbiət müdafiəçisi Qreta Tunberq, Almaniya vətəndaşı Yasemin Acar və Türkiyə vətəndaşı Hüseyn Şuayb Ordu da daxil olmaqla, ümumilikdə 12 fəal deportasiya olunmaq üçün Ben Qurion hava limanına aparılıb.

Fransızlar deportasiya olunmaqdan imtina edib

İsrail mətbuatının yazdığına görə, aralarında Qreta Tunberqin də olduğu 4 aktivist deportasiya olunmağı qəbul edib və ölkələrinə göndəriləcək. Deportasiya sənədlərini imzalamaqdan imtina edən 5 fransalı fəalın isə məhkəmə qarşısına çıxarılacağı bildirilib.

 

XİN-dən Türkiyə vətəndaşları üçün açıqlama

 

Xarici İşlər Nazirliyi bugün verdiyi açıqlamada “İsrail qüvvələri tərəfindən saxlanılan “Madleen” adlı gəmidəki vətəndaşlarımız dünən axşam saatlarında (9 iyun) gəmidən düşüblər” məlumatını paylaşıb.

Nazirlik açıqlamanın davamında bunları qeyd edib: “Tel-Əviv səfirliyimizin əməkdaşları bu gün səhər saatlarında sözügedən vətəndaşlarla görüşüblər. Vətəndaşlarımıza hər cür konsulluq dəstəyi göstərilir və proseslə bağlı onların yaxınları məlumatlandırılır”.

 

“Məğrib Müqavimət Konvoyu” da yola çıxdı

Digər tərəfdən, İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı yarmaq və Fələstin xalqına dəstək olmaq üçün təşkil edilən yeni gəmi “Məğrib Müqavimət Konvoyu” adı ilə yola düşdü.

Mavritaniya, Mərakeş, Əlcəzair və tunisli olan yüzlərlə fəal Tunisdən yola düşüb.

Madleen gemisindeki Fransız aktivistler sınır dışı edilmeyi reddetti: İsrail mahkemesine çıkarılacaklar - 1

12  fəal nəzarət altında

Azadlıq Donanması Koalisiyasının bugün səhər saatlarında verdiyi açıqlamada gəmidə həyəcan təbili çalındığı və müdaxiləyə qarşı hazırlıq görüldüyü bildirilib. Birləşmiş Millətlər Təşkilatından verilən açıqlamada gəminin 5 İsrail gəmisi tərəfindən mühasirəyə alındığı qeyd edilib.

Azadlıq Donanması son açıqlamasında gəmiyə müdaxilə edildiyini və İsrail əsgərlərinin gəmiyə mindiyini açıqlayıb. Daha sonra gəmi ilə əlaqə kəsilib.

İran İsrailin müdaxiləsini “pirat” kimi qiymətləndirib.

 

Tərk etməsələr, təcridxanaya göndəriləcəklər

İsraildəki Ərəb Azlıqların Hüquqları üzrə Hüquq Mərkəzi (Adalah) İsrail rəsmilərinin fəalların vəziyyəti ilə bağlı Adalaha verdiyi məlumatlara istinadla açıqlama verib.

“Madleen” gəmisində saxlanılan 12 fəalın İsraildən “dərhal çıxmaqdan imtina etsələr” Ramle şəhərindəki təcridxanaya aparılacağı bildirilib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti təşkilatı Azadlıq Donanması Koalisiyasının Qəzzaya qarşı blokadanı yarmaq və bölgəyə yardım gətirmək üçün təşkil etdiyi son missiya çərçivəsində 18 metrlik yelkənli qayıq 1 iyun tarixində İtaliyanın Kataniya bölgəsindəki San Giovanni Li Cuti limanından Qəzzaya doğru yola düşüb.

Gəmidə Avropa Parlamentinin (AP) Fransadan olan üzvü Rima Həsən, Almaniya vətəndaşı Yasemin Acar, o cümlədən Türkiyədən Hüseyn Şuayb Ordu, Braziliyadan Tiaqo Avila, İspaniyadan Sergio Toribio, Hollandiyadan Marko van Rennes, Fransadan Baptiste Andre, Reva Viard, Paskal Maurieras, Yanis Mhamdi, isveçli iqlim müdafiəçisi Qreta Tunberq və jurnalist Ömər Faiadin olduğu bildirilib.

Xatırladaq ki, “Madleen” gəmisi Qəzza xalqı üçün təcili ehtiyac duyulan ləvazimatları, o cümlədən uşaq qidası, un, düyü, uşaq bezləri, qadın gigiyena vasitələri, su təmizləyici dəstlər, tibbi ləvazimatlar, qoltuq dəyənəyi və uşaq protezləri daşıyırdı.

Madleen gemisindeki Fransız aktivistler sınır dışı edilmeyi reddetti: İsrail mahkemesine çıkarılacaklar - 4

Günel Həsənova