Ukrayna atəş altında: Odessa limanındakı doğum evi bombalanıb

  • By Admin2
  • 10 İyun 2025 14:00

Rusiya Ukraynanı yenidən raket və pilotsuz təyyarələrlə vurdu. Ukrayna lideri Zelenski bunu Moskvanın bu günə qədər həyata keçirdiyi ən böyük hava hücumlarından biri kimi xarakterizə etdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bir nəfərin öldüyü, Kiyevin böyük hissələrinə ziyan dəydiyi və cənubdakı Odessa limanında doğum evinin vurulduğu bildirilir.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dünən 315 pilotsuz uçan aparat və 7 raketdən istifadə edərək Kiyevə indiyə qədərki ən böyük hava hücumlarından birini həyata keçirdiyini açıqlayıb.

Zelenski X sosial media platformasında verdiyi açıqlamada, “Rusiyanın raketlərdən və Şaheddən (PUA) istifadə edərək, hücumları ABŞ və digər ölkələrin Rusiyanı sülhə sövq etmək səylərini əngəlləyir” deyib.

Gecə boyu davam edən hücumlar iyunun 9-da Rusiyanın Ukraynaya ən böyük pilotsuz təyyarə hücumundan sonra baş verib.

Şəhər rəsmiləri saatlarla davam edən hücumlar nəticəsində Kiyevdə 10 rayondan yeddisinin vurulduğunu və ən azı dörd nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Orxan

Gununsesi.info