Kaliforniya qubernatoru Trampı məhkəməyə verdi

  • By Admin2
  • 10 İyun 2025 14:20

Kaliforniya qubernatoru Gavin Newsom Los-Ancelesdəki etirazlara qarşı Milli Qvardiyanın yerləşdirilməsinə görə prezident Donald Trampı məhkəməyə verəcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində mühacirlərə qarşı basqınlarla başlayan etirazlar Kaliforniya qubernatoru Gavin Newsom və prezident Donald Trampı üz-üzə qoyub.

Kaliforniya qubernatoru və Los-Anceles merinin etirazlarına baxmayaraq, şəhərə ezam olunmuş Milli Qvardiya etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

BBC Türkcənin məlumatına görə, Newsom bazar ertəsi verdiyi açıqlamada Trampı məhkəməyə vermək niyyətini təsdiqləyib və Milli Qvardiyanın aktivləşdirilməsinin qanunsuz olduğunu müdafiə edib.

X-dən paylaşım edən Newsom, “Donald Trampın istədiyi də məhz bu idi. O, atəşə yağ qatdı” deyib.

Orxan

Gununsesi.info