
Rusiya Federal Məclisi Federasiya şurasının sədri Valentina Matviyenko Ermənistanda etirazla qarşılanıb.
Gununsesi.info xəbər verir ki, fəallar Ermənistan Parlamentinin qarşısında toplaşıblar. Onlar əllərində Ermənistan və Avropa bayraqları tutublar.
Etirazçılar “Rusiya sülh keşikçisi deyil, Rusiya alverçi, xəyanətkardır. Rədd olun Ermənistandan” kimi şüarlar səsləndiriblər.
Ermənistanın müttəfiqi Rusiyaya münasibəti ikinci Qarabağ müharibəsindən sonra pisləşib. Yerevan müharibədə qalib gəlmiş Azərbaycan hərbçilərinin Ermənistan ərazisində mövqe tutmasına müttəfiqinin münasibətindən narazı qalıb.
Azərbaycan Ermənistanda mövqe tutması iddialarını rədd edir. Bəzi fəallar Valentina Matviyenkonun ölkəyə gəlişinə etiraz etsə də, parlament sədri Alen Semonyan onu aeroportda gül-çiçəklə qarşılayıb və Yerevanda müşayiət edib.
Qeyd edək ki, Valentina Matviyenkonun Ermənistan siyasi rəhbərliyi ilə görüşü gözlənilir. O, həm də, Ermənistan Rusiya regionlararası forumda iştirak edəcək.

Günel