Senator Uribenin vəziyyəti kritikdir

  • By Admin2
  • 10 İyun 2025 14:14

İyunun 7-də Kolumbiyada silahlı hücum nəticəsində ağır yaralanan senator Uribe reanimasiyada müalicəsini davam etdirir. Uribenin arvadı dedi ki, onlara “möcüzə” lazımdır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  Sağçı partiyanın Kolumbiyada 2026-cı ildə keçiriləcək prezident seçkilərində namizəd kimi göstərilən və iyunun 7-də silahlı hücum nəticəsində ağır yaralanan senator Migel Uribe Turbayın reanimasiyada müalicəsi davam edir. Səlahiyyətlilər, paytaxt Boqotadakı özəl xəstəxanada əməliyyat olunan Uribenin vəziyyətinin “kritik” olduğunu və müalicələrə zəif cavab verdiyini bildirdi.

Xəstəxanada növbətçi olan doktor Adolfo Linas Volpe yerli mətbuata Uribenin səhhətinin “son dərəcə” ağır olduğunu vurğulayıb.

Uribenin həyat yoldaşı Maria Claudia Tarazona deyib ki, onlara “möcüzə” lazımdır.

Milli Baş prokuror Luz Adriana Camargo da mətbuat konfransında hücumu təhrik edənlərin müəyyən edilməsi üçün hərtərəfli istintaqın davam etdiyini açıqlayıb.

Milli Polis, kəşfiyyat və 180-ə yaxın prokurorluq müstəntiqinin genişmiqyaslı araşdırma apardığını qeyd edən Camarqo, “Həbs edilən bu gəncin sadəcə qatil olduğunu tam olaraq bilirik. Bütün imkanlarımızla vasvası, şəffaf və ciddi araşdırma aparırıq” deyib.

Orxan

Gununsesi.info