
Los-Ancelesdəki etirazçıların Milli Qvardiyaçıların üzünə tüpürməyə meylli olduqlarını iddia edən ABŞ prezidenti Tramp, “Onlara söz verirəm ki, indiyə qədər vurulmadıqları qədər ağır zərbə alacaqlar” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Los-Ancelesdə qeyri-qanuni mühacirlərə dəstək üçün davam edən etirazlarla bağlı yeni açıqlama verib.
Tramp bildirib ki, etirazçılar Milli Qvardiyanın üzərinə tüpürsələr, onları güllələyəcəklər.
Etirazçıları “iğtişaşçı” kimi xarakterizə edən Tramp, Milli Qvardiyanın üzünə tüpürməyə meylli olduğunu iddia edərək, “Tüpürsələr, onları vuracağıq. Onlara söz verirəm ki, indiyə qədər vurulduqlarından daha güclü zərbə alacaqlar. Bu cür hörmətsizliyə yol verilməyəcək”.
Milli Qvardiyaya doğru belə bir hərəkətə dözməyəcəklərini vurğulayan Tramp, “Bu, ABŞ prezidentinin Los Ancelesdə davam edən fəlakətli iğtişaşlarla bağlı bəyanatıdır” deyib.
Orxan