Avtomobilin vurduğu piyada 8 gün sonra öldü

  • By Günel
  • 09 İyun 2025 21:24

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Ona kəllə-beyin travması diaqnozu qoyulmuşdur.

Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.

Gununsesi.info