“İnter”in yeni baş məşqçisi məlum oldu - FOTO

  • By Günel
  • 09 İyun 2025 21:04

İtaliyanın “İnter” komandasının yeni baş məşqçisi məlum olub.

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Kristian Kivu gətirilib. Rumın mütəxəssislə 2027-ci ilin yayınadak müqavilə imzalanıb. O, son olaraq “Parma”da işləyib.