
“Xocalı Memorial Kompleksinin layihəsi hazırdır və onun icrası Heydər Əliyev Fondu tərəfindən həyata keçiriləcək”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
“Artıq təsdiq olunmuş layihə mövcuddur və işlər də bu layihəyə uyğun olaraq aparılacaq”, – deyə nazir qeyd edib.