Mahir Emreli “Qarabağ”a keçə bilər

  • By ilhame
  • 27 İyun 2024 13:59

“Dinamo”nun hücumçusu Mahir Emreli “Qarabağ”a keçə bilər.

 

Gununsesi.info Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan millisinin hücumçusu üçün “Dinamo”ya təklif göndərib.

“Germanijak” portalı məsələ haqda bunları yazıb:

 

“Mahir Emrelinin də komandadan ayrılacağı gözlənilir. “Qarabağ”ın təklifi hələ də qüvvədədir. Azərbaycanlı hücumçunun nəhayət ki, getməyə razı olub-olmayacağını yaxın vaxtlarda görəcəyik”.

 

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Gununsesi.info