Dövlət çevrilişinə cəhd edənlərin təşkilatçıları yoxlanılacaq

Boliviyanın daxili işlər naziri Eduardo Del Kastillo dövlət çevrilişinə cəhdin liderlərini ölkənin Cinayət Məcəlləsinin (CM) bütün maddələri ilə yoxlayacağını vəd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə El Deber məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, keçmiş ordu və donanma komandirləri Xuan Xose Zuniqa Macias və Xuan Arnes Salvador prokurorluğun onları terrorizmdə və dövlətin təhlükəsizliyi və suverenliyinə qarşı silahlı üsyanda rəsmi ittiham etməsindən sonra saxlanılacaq.

“Bütün Cinayət Məcəlləsini oxuyacağıq və bütün Boliviya xalqı və beynəlxalq ictimaiyyət tərəfindən müşahidə edilən bu davranış və hərəkət nümunələrini, hansı cinayət növlərinə “uyğun olduqlarını” görəcəyik”, -deyə Boliviya rəhbəri bildirib.

O, rəhbərlik etdiyi idarənin dövlət çevrilişinə cəhdin liderlərinə qarşı ittihamlara başqa cinayətlərin də daxil edilməsini tələb edəcəyini vurğulayıb.

Bundan əvvəl Boliviya prezidenti Luis Arce ölkədə dövlət çevrilişinə cəhddən sonra göstərdikləri dəstəyə görə dünya liderlərinə və beynəlxalq təşkilatlara təşəkkür edib.

 

Şəbnəm

Gununsesi.info