Avropa Kuboku: Azərbaycan millisi təsnifat mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb

  • By ilhame
  • 08 İyun 2024 20:18

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Gununsesi.info-nun məlumatına görə, yığma üçüncü matçında Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:16 hesabı ilə üstələyərək B qrupunun lideri kimi pley-offa yüksəlib.

Qeyd edək ki, ilk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz Kosovodan da güclü olub – 14:10

Gununsesi.info