
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan İspaniya – Xorvatiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “buğalar”ın heyətində Fabian Ruiz qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Komandasının 3:0 hesabı ilə qələbə qazandığı qarşılaşmada 28 yaşlı yarımmüdafiəçi ikinci qolun müəllifi olub.
Gununsesi.info