Biz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq

  • By ilhame
  • 27 İyun 2024 13:42

Biz iqlim dəyişikliklərinin təsirini araşdırıb müzakirələr aparmışıq.

 

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevlə birgə keçirdiyi brifinqdə deyib.

 

“Azərbaycan biomüxtəlifliyin qorunması baxımından böyük işlər görür. Düşünürəm ki, biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik”- deyə BMT rəsmisi deyib.

 

O bildirib ki, Azərbaycan tullantılarının yenidən məhsula çevrilməsi üçün ciddi işlər görür: “Biz bu işləri təqdir edirik və öz təcrübələrimizi də bölüşməyə davam edəcəyik”.

Gununsesi.info