Aİ öz kəşfiyyat xidmətini yaradır

Avropa İttifaqı (Aİ) özünün kəşfiyyat agentliyinin yaradılması imkanını müzakirə edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiyanın keçmiş prezidenti Sauli Niinistinin hesabatında bildirilir.

“Yeni kəşfiyyat xidməti Aİ-nin hüdudlarından kənardan gələn və bütün bloka yönəlmiş təhdidlərə dair öz kəşfiyyat məlumatlarını toplayacaq”– deyə bildirilib.

Niiniste Aİ Kəşfiyyat və Situasiya Mərkəzinin səlahiyyətlərinin genişləndirilməsini təklif edib ki, birlikdən kənar Aİ missiyalarının köməyi ilə kəşfiyyat məlumatlarının toplanması da daxil olsun.

Qeyd edildiyi kimi, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen müvafiq sənədin hazırlanması barədə göstəriş verib.

Nəşr vurğulayır ki, yeni dövlətüstü strukturun yaradılması assosiasiyaya üzv ölkələr arasında mübahisələrə səbəb ola bilər.

Bundan əvvəl Avropanın gələcək müdafiə komissarı, Litvanın keçmiş baş naziri Andrius Kubilius Aİ-ni Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşmağa çağırıb.

O, həmçinin hərbi istehsalın artırılması və silah ehtiyatlarının artırılmasının vacibliyini bəyan edib.

 

 

Gununsesi.info