Polşanın Rusiya konsulluğunu bağlamaq qərarı…

Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşa və müttəfiq ölkələrdəki təxribat cəhdlərinin arxasında Rusiyanın olduğunu və bu səbəbdən Poznandakı Rusiya konsulluğunu bağlamaq qərarına gəldiklərini açıqlayıb.

Gununsesi.infoxarici mediaya istinadən xəbər verir ki, Polşa Rusiya konsulluğunu bağlamaq qərarına gəlib. Polşanın xarici işlər naziri Radoslav Sikorski açıqlamasında bildirib ki, son günlər prokurorluq ölkədəki təxribat cəhdlərinin arxasında xarici kəşfiyyat təşkilatının dayandığına dair güclü dəlilləri məhkəməyə təqdim edib.

Sikorski, “Xarici işlər naziri olaraq, Polşa və müttəfiq ölkələrdə təxribat cəhdlərinin arxasında Rusiya Federasiyasının dayandığına dair məlumatım var, bu səbəbdən Rusiya Federasiyasının Poznandakı konsulluğunun fəaliyyət icazəsini geri götürməyə qərar verdim. Konsulluğun əməkdaşları Polşa Respublikasında persona non qrata hesab olunurlar.”  deyib.

Sikorski o cümlədən Rusiyadan hibrid müharibəsinə son qoymasını tələb edib. Hibrid müharibənin davam edəcəyi təqdirdə növbəti addımları atma haqqını özlərində saxladıqlarını ifadə edən Sikorski, “Bir addım belə geri çəkilməyəcəyik, Polşa Respublikası və Polşaları müdafiə edirik” deyib.

Orxan Saffari

Gununsesi.info