Türkiyə Rusiyaya hərbi təyinatlı malların tədarükünü dayandırdı

Türkiyə gömrüyü ABŞ-da istehsal olunan hərbi məhsulların Rusiyaya ixracına məhdudiyyət qoyub.

Gununsesi.info xəbər verir ki, bu barədə Financial Times vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

Məlumata görə, Türkiyə hakimiyyəti “siyasi həssaslıqları” səbəbindən tətbiq edilən məhdudiyyətləri ictimaiyyətə açıqlamayıb.

İxrac qadağasına ABŞ, İngiltərə, Aİ və Yaponiyada Rusiya ordusu üçün əsas hesab edilən Qərb istehsalı olan komponentlər siyahısından 50 maddə daxil edilib.

Siyahıya raket və dronlarda istifadə olunan mikroçiplər, uzaqdan idarəetmə sistemləri, prosessorlar və yaddaş kartları kimi elektronika, həmçinin dəzgahlar və digər avadanlıqlar daxildir.

Rusiya işğalının əvvəlindən bu malların Türkiyə ixracının həcmi 12 dəfədən çox artaraq 2022-ci ilin dekabrına qədər 38 milyon dollara çatıb. Bu, FT tərəfindən nəzərdən keçirilən hökumət statistikasından irəli gəlir.

2024-cü ilin əvvəli ilə Rusiyaya hərbi malların ixracı azalmağa başladı. Avqustda onun həcmi 4,1 milyon dollara düşüb.

Çin Rusiyaya bu malların əsas tədarükçüsü olaraq qalır. 2024-cü ilin iyul ayında onların ixrac həcmi 377 milyon dollar təşkil edib.

Qeyd olunur ki, əvvəllər Avropa mənşəli bu kateqoriyalı malların da Türkiyə vasitəsilə Rusiyaya göndərilməsi mümkün olmayıb.Ş

 

 

Şəbnəm

Gununsesi.info