Le Penin Orbanın alyansına qoşulacaq

Marin Le Penin Milli Mitinq Partiyası Avropa Parlamentində Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi yeni alyansa qoşulacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” Macarıstan hökumətinin nümayəndəsinə istinadən yazır.
Avstriya Azadlıq Partiyası (FPO), Macarıstanın baş naziri Viktor Orbanın Fidesz partiyası və Andrey Babişin rəhbərlik etdiyi Çexiyanın ANO (Narazı Vətəndaşların Fəaliyyəti) partiyaları Avropa Parlamentində yeni ittifaq yaradıblar.

Alyansın məqsədi qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmaq, həmçinin Brüsseldən Avropa İttifaqına üzv dövlətlərə daha çox səlahiyyətlərin verilməsidir.

İyunun 30-da Orban Vyanada keçirdiyi görüş zamanı Avropa Parlamentində Herbert Kiklin Avstriya Azadlıq Partiyası və Çexiyanın keçmiş baş naziri Babisin ANO 2011 partiyasının daxil olacağı yeni sağçı qrup yaratmaq planlarını açıqlayıb.

Bloomberg daha əvvəl bildirmişdi ki, Marine Le Pen-in partiyasının üzvləri Avropa Parlamentində partiyanın Macarıstanın Baş naziri Viktor Orbanın “Avropa Vətənpərvərləri” alyansına qoşulmasını görə biləcək digər qruplarla danışıqlar aparır.

 

 

Günay

Gununsesi.info