İsrail kəşfiyyat xidmətinin rəhbəri Qahirəyə gedib

İsrail Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar Misirə səfər edib.

Gununsesi.info xəbər verir ki, səfər zamanı R.Bar Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi ilə bağlı təmasları müzakirə edəcək.

Qeyd edilir ki, Qahirədə müzakirə olunan məsələlər arasında Rəfah bölgəsindəki nəzarət-buraxılış məntəqəsinə nəzarət və qaçaqmalçılıqla mübarizə də var.

Məlumata görə, Bar daha sonra işgüzar görüşlər keçirmək üçün iyulun 10-da Qətərə də səfər etməyi planlaşdırır.

 

 

 

Ceyhun

Gununsesi.info