Qala divarlarına bitişik kafe tikilir

  • By admin
  • 08 İyul 2024 13:11

İçərişəhər qala divarlarının çölündəki kiçik əraziyə kafe tikmək qərarına gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə məşhur memar Elçin Əliyev sosial şəbəkədə paylaşım edib.

Tikintinin ilkin görüntülərini paylaşan memar daha sonra yazıb:

 

“Dostlar, sizi bilmirəm, amma şəxsən mən Azərbaycan məmurları ilə fəxr edirəm! Dünyanın heç bir yerində şəhər büdcəsinə bu qədər xeyir vermək istəyi yoxdur!

Tezliklə Bakıda bir dənə də olsun boş yer qalmayacaq – hər şey Vətənin xidmətinə veriləcək və doğma dövlətimizin rifahına xeyli gəlir gətirəcək!

Təbrik edirəm!”