Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar -Fotolar

  • By ilhame
  • 08 İyul 2024 14:00

İtaliyanın Turin şəhərində keçirilən akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 gümüş medal qazanıblar.

 

Gununsesi.info-nun məlumatına görə, Ağasif Rəhimov ilə Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Daniel Abbasov və Murad Rəfiyevin yer aldığı kişi cütlüyü, Nəzrin Zeyniyeva, Anahita Bashiri, Zəhra Rəşidovadan ibarət 13-19 yaş kateqoriyası üzrə qadın qrupu turnirdə birinci yeri tutub.

 

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovun yer aldığı kişi qrupu gümüş mükafatla kifayətlənib.

Gununsesi.info