
Estoniya hakimiyyəti 2025-ci ildə şərq sərhədi boyunca müdafiə xətti yaratmağa başlamağı və 600 beton bunker tikməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Estoniyanın dövlət televiziya və radio portalı məlumat yayıb.
Dövlət Müdafiə İnvestisiya Mərkəzinin infrastruktur departamentinin rəhbəri Kadi-Kai Kollo deyib: “Biz üç fərqli bunker prototipi istehsal edəcək bir şirkətlə müqavilə imzaladıq. Müdafiə xəttinə tank əleyhinə maneələr və tikanlı məftilli maneələr də daxil olacaq. Bunkerlərin tikintisi üzrə işlərə 2025-ci ildə başlanacağı planlaşdırılır”.
Xatırladaq ki, bu ilin yanvar ayının 19-da Estoniya rəsmiləri elan etmişdi ki, Baltikyanı ölkələr Rusiyadan gələn hərbi təhlükədən qorunmaq üçün şərq sərhədlərində müdafiə xəttinin qurulması barədə razılığa gəliblər.
Ceyhun
Gununsesi.info