
Azərbaycanın yeniyetmə basketbolçulardan ibarət millilərinin Avropa çempionatında keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
16 yaşadək oğlanlardan ibarət yığmamız A qrupunda Albaniya, Malta və Moldova yığmalarına qarşı mübarizə aparacaq. Tahir Baxşıyevin rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu iyulun 9-da Bakı vaxtı ilə saat 21:30-da yerli Albaniya yığmasına qarşı olacaq. Yığmamız qrupda növbəti oyunlarını, iyulun 10-da (saat 16:30) Moldova və ayın 11-də (saat 16:30) Malta millilərinə qarşı keçirəcək.
16 yaşadək qızlardan ibarət millimiz A qrupunda Gürcüstan, Ermənistan və Kipr yığmaları ilə mübarizə aparacaq. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, iyulun 9-da Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq. Komanda qrupda növbəti oyunlarını Gürcüstan (10 iyul, 12:30) və Kipr millilərinə (11 iyul, saat 12:30) qarşı keçirəcək.
Qeyd edək ki, hər iki yığma “C” divizionunda mübarizə aparacaq.
Gununsesi.info