Ukrayna atəşə tutulub

  • By ilhame
  • 08 İyul 2024 13:44

Bu gün səhər saatlarında Rusiya ordusu Ukrayna ərazisinə raket zərbələri endirib.

 

Gununsesi.info Ukraynanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, zərbə nəticəsində 20 nəfər həlak olub, 50-yə yaxın insan isə yaralanıb.

 

Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında Rusiya ordusunun ölkəyə 40-dan çox müxtəlif növ raket atdığını yazıb.

 

Onun sözlərinə görə, Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk və Kramatorsk kütləvi zərbələrə məruz qalıb.

Gununsesi.info