
“Yaxşı olardı ki, inzibati xətalara görə cərimə sanksiyalarının artırılması haqqında təkliflər hazırlayan müvafiq qurumlar mövcud vəziyyətin statistikası barədə Milli Məclisə arayış təqdim etsinlər.”
Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev bu gün keçirilən plenar iclasdakı çıxışı zamanı deyib.
“BƏS BU ARAYIŞIN MİLLİ MƏCLİSƏ TƏQDİM OLUNMASI NƏLƏRƏ VƏSİLƏ OLA BİLƏR?!”
Deputat bildirib ki, belə bir arayışın olması bizə cərimə sanksiyalarının artırılmasından sonra baş verən dəyişiklərin dinamikasını aydın şəkildə görməyimizə imkan verər.
“Misal üçün, Milli Məclis 2 il öncə sürət həddinin artırılmasına görə cərimələrin həcmini artırandan sonra, 2023-cü ildə yol-nəqliyyat hadisəsi 2022-ci illə müqayisədə 2 faiz azalıb. Yəni, bu özü-özlüyündə bir indikatordur”,- deyə Azay Quliyev əlavə edib.
O, həmçinin bildirib:
“Düşünürəm ki, bu cür məlumatlar həm də ictimai rəyin düzgün formalaşmasına da əlavə töhvə vermiş olar.”