Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turnirin qalibi bəlli olub

  • By ilhame
  • 01 Sentyabr 2024 16:37

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir başa çatıb.

 

Gununsesi.info-nun məlumatına görə, final matçında “Azəryol” komandası Özbəkistan yığması ilə üz-üzə gəlib.

 

Rəqibinə qalib gələn “Azəryol” yarışın qalibi olub – 32:29.

 

Üçüncü yer uğrunda görüşdə isə “Qarabağ” Qazaxıstanın “Astana” kollektivini 32:28 hesabı ilə üstələyib.

Gununsesi.info