Sürpriz isim: Onun qızı öndədir

Xəbər verdiyimiz kimi, bu gün keçirilən parlament seçkiləri ilə bağlı ekzit-poll nəticələri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, seçkilərin ehtimal olunan nəticələri arasında sürpriz isimlərdən biri xalq yazıçısı Elçinin qızı Günay Əfəndiyevadır.

Ekzit-poll nəticələrinə əsasən, Günay Əfəndiyeva 14 saylı Xəzər-Pirallahı seçki dairəsində 52,8% səslə liderlik edir. Bu nəticə onun parlamentə seçilmə şansını xeyli artırır.

 

 

Gununsesi.info