Bakıda qadın sürücü qəza törədib: Ölən var

  • By Günel
  • 02 Sentyabr 2024 10:04

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Almaz Əliyeva idarə etdiyi “Toyota RAV4” markalı avtomobillə 1963-cü il təvəllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info