
Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda Sünikdə (Zəngəzur – red.) səfərdədir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Baş nazirin vilayətin Sisian icmasında olduğu bildirilir. Onun Vaqatin icmasının yeni tikilən məktəb binasının açılışında iştirak etdiyi deyilir.
Qeyd edək ki, Nikol Paşinyanın bu gün Tavuşun Azərbaycanla sərhəddə yerləşən Kirants kəndinə də səfər edəcəyinə dair məlumat yayılıb.
Gununsesi.info