Güclü külək Qubada fəsadlar törədib

  • By ilhame
  • 02 Sentyabr 2024 13:58

Güclü külək şimal bölgəsində fəsadlar törədib.

 

Gununsesi.info-nun məlumatına görə, Quba şəhərinin 20 Yanvar küçəsində külək iri gövdəli ağacı aşırıb.

 

Nəticədə ağac “Chevrolet” markalı minik avtomobilinin üzərinə düşüb, maşına ciddi ziyan dəyib.

 

Həmçinin aşan ağac elektrik xətlərini də qırdığından, Quba şəhərinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.

 

Hazırda şimal bölgəsində güclü külək davam edir, Xaçmaz, Şabran, Qusar rayonlarının bəzi ərazilərində elektrik enerjisi ilə təminatda fasilələr yaranıb.

Gununsesi.info