Ruslar müsəlman məscidinə raket zərbəsi endiriblər

Rusiya hərbçiləri Nivkidəki müsəlman məscidinə raket hücumu həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bunu Krım tatar xalqı Məclisinin sədri Refat Çubarov bildirib.

“Bu gün səhər rus barbarlarının Kiyevə növbəti kütləvi raket hücumu nəticəsində Krım Muxtar Respublikası Müsəlmanları Ruhani İdarəsinin İslam Mədəniyyəti Mərkəzinin (Nivkidəki məscid) binasına ciddi ziyan dəyib”– deyə Facebook-da yazıb.

Çubarovun sözlərinə görə, İslam Mərkəzinin binasının, xüsusən də orada yerləşən məscidin təmirə ehtiyacı var.

O, qeyd edib ki, hücum nəticəsində xəsarət alan olmayıb.

“Rusiyanın mütləq şər ölkəsi olduğuna dair daha bir sübut”, -deyə o vurğulayıb.

Qeyd edək ki, Rusiya qoşunları bazar ertəsi səhər tezdən Kiyevə raket hücumu həyata keçirib, dörd rayona birdən hücum edilib, iki nəfər yaralanıb.

 

 

İlhamə

Gununsesi.info