Deputatlığa namizədin vəkilinə zorakılıqla bağlı araşdırma aparılır

Deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinin zorakılığa məruz qalması ilə bağlı rayon polis şöbəsinə daxil olan müraciət üzrə araşdırma aparılır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib.

 

Onun sözlərinə görə, müvafiq ekspertizalar təyin olunub.

 

 

Gununsesi.info