
Ukrayna ilə qonşu olan ölkələr Rusiya pilotsuz təyyarələri və raketlərini onların hava məkanına daxil olmazdan əvvəl məhv etməyi öhdələrinə götürüblər.
Gununsesi.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “Financial Times” qəzetinə müsahibəsində deyib.
O, vurğulayıb ki, Ukrayna üzərindən raketlərin tutulması NATO-nu Rusiya ilə münaqişəyə sürükləyə bilsə belə, Polşa öz vətəndaşlarını qorumalıdır.
“Düşmən raketlərinin Polşa hava məkanına daxil olmamışdan əvvəl vurulması qanuni özünümüdafiədir. NATO-ya üzvlük hər bir ölkənin öz hava məkanını qorumaq məsuliyyətini əvəz etmir – bu, bizim konstitusiya məsuliyyətimizdir. Şəxsən mən inanıram ki, düşmən raketləri hava məkanımıza doğru irəliləyərkən onlara zərbə endirmək qanuni özünümüdafiə olardı, çünki onlar bizim hava məkanımızı keçərkən dağıntıların kiminsə xəsarət alması riski əhəmiyyətlidir” – deyə Sikorski bildirib.
Günay
Gununsesi.info