İlqar Məmmədov seçkidən narazı qalıb

  • By admin
  • 02 Sentyabr 2024 08:45

Parlament seçkilərində DİP sədri Asim Mollazadəyə məğlub olan  REAL Partiyasının lideri İlqar Məmmədov seçkilərdən narazı qalıb.

Bu barədə Gununsesi.info-ya açıqlamasında İlqar Məmmədov deyib ki, səsvermə prosesində  bütün respublika əhalisi  nəyə şahid oldusa, onlar da bunun  şahidi olub: “Kampaniya dövrü gördüyümüz açılım bizi sevindirmişdi.  Müşahidəçilərimiz pozuntuları qeydə alıblar. Biz bu barədə MSK-ya şikayət edəcəyik”.

İlqar məmmədov deyib ki, seçki kampaniyaslı şəffaf gedib: “Xüsusi əngəllər yox idi. Bu şəffaflıq seçki günü də olmalı idi. Gözəl fürsət yaranmışdı ki, bu irəlləyişi biz seçki günü də görər”.

 

Partiya sədri deyib ki, özünün və digər namizədlərin dairəsində baş verənlərlə bağlı hüquqi formada addım atacaqlar.

 

Günay Mahirqızı

Gununsesi.info