Premyer Liqa təmsilçisi 5 ay əvvəl təyin etdiyi baş məşqçi ilə yollarını ayırıb

  • By ilhame
  • 01 Sentyabr 2024 16:59

Rusiya çempionatında iştirak edən “Axmat” kollektivinin baş məşqçisi Maqomed Adıyev istefaya göndərilib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən verir ki, 5 ay əvvəl “ağ-yaşıllar”ın baş məşqçisi təyin olunan 47 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

 

Klub rəhbərliyi uğursuz nəticələrin ardından bu addımı atıb. Ötən mövsüm “Axmat”ı Premyer Liqada saxlamağı bacaran Adıyev 3 illik müqaviləyə imza atmışdı.

 

Qeyd edək ki, Qroznı təmsilçisi cari mövsüm 7 turdan sonra 5 xalla 15-ci sırada qərarlaşıb.

Gununsesi.info