
ABŞ prezidenti Co Bayden tezliklə İsrailə və Fələstinin HƏMAS hərəkatına Qəzza zolağında nizamlama üçün yeni təklif təqdim edə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb.
“Bayden girovların azad edilməsi və Qəzza zolağında atəşkəs üçün İsrail və HƏMAS-a yekun təklifi təqdim etməyi düşünür”, – nəşr yazıb.
Portal mənbələrə istinadən əlavə edir ki, Bayden bazar ertəsi səhər ABŞ milli təhlükəsizlik rəsmiləri ilə görüşərək saziş üzrə yekun irəliləyiş strategiyasını müəyyənləşdirəcək.
Bildirilir ki, görüş zamanı Baydeni Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris müşayiət edəcək.
Qeyd edək ki, sentyabrın 1-də İsrailin Təl-Əviv şəhərində mitinq başlayıb, iştirakçılar Qəzza zolağından girovların azad edilməsi ilə bağlı sazişin tezliklə bağlanmasını tələb edirlər.
İlhamə
Gununsesi.info