
İsrail Qəzza zolağından girovların azad edilməsi üçün Rusiyaya müraciət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg yazır.
Agentliyin məlumatına görə, baş nazir Benyamin Netanyahu HƏMAS ilə dialoqda ləng irəliləyiş fonunda bu addımı atıb. Danışıqlar ABŞ, Qətər və Misirin iştirakı ilə aparılır.
Bildirilib ki, Kreml Rusiya vətəndaşlığı olan girovların taleyi ilə bağlı Fələstin hərəkatı ilə əlaqə saxlayır.
Jurnalistlər qeyd edirlər ki, İsraildə böyük böhran yaranır. Həmas tunellərində altı girov ölü tapıldıqdan sonra müxalifət Netanyahunu hərəkətsizlikdə ittiham etməyə başlayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Rusiya Yaxın Şərqdə vəziyyətin pisləşməsinə səbəb olan hərəkətlərdən imtinanın tərəfdarıdır.
Günel
Gununsesi.info