Cənubi Koreya “Telegram”a qarşı istintaqa başlayıb

  • By Günel
  • 02 Sentyabr 2024 09:51

Cənubi Koreya polisi seksual xarakterli cinayətlərlə əlaqədar “Telegram”a qarşı istintaqa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, təhqiqat zamanı, həmçinin Fransanın “Telegram”a qarşı irəli sürdüyü ittihamlar əsas götürülüb.

Cənubi Koreya tərəfi “Telegram”ın müxtəlif məlumatları, məsələn, şəxsi hesablar haqqında məlumatları təqdim etməməsi səbəbindən araşdırmada çətinliklə qarşılaşdığını açıqlayıb.

Gununsesi.info