MDB PA-nın nümayəndəsi: Azərbaycanın seçki qanunvericiliyi seçkilərin şəffaf keçirilməsini təmin edib

  • By Günel
  • 02 Sentyabr 2024 10:15

1 sentyabr tarixində keçirilən parlament seçkiləri ilk dəfə olaraq Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilib və bütün beynəlxalq prinsiplərə əməl edilib.

Gununsesi.info “APA-Economics”- ə istinadən məlumat verir ki, bunu, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndəsi Andrey Yatskin mətbuat konfransında bildirib.

“Missiyamız 145 seçkiləri müşahidə edib. Seçki məntəqələri tam vaxtında açılmasını və bir seçki məntəqəsində “exit poll” keçirilməsini müşahidə etmişik. Müşahidələrimiz göstərir ki, Azərbaycan Respublikasının seçki qanunvericiliyi ölkədə seçkilərin şəffaf keçirilməsini təmin edib” – deyə o qeyd edib.

Gununsesi.info