“Qarabağ”ın Avropa Liqasındakı rəqibi futbolçusu ilə müqavilə müddətini artırıb

  • By ilhame
  • 02 Sentyabr 2024 19:03

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Elfsborq” (İsveç) futbolçusu Cəlal Abdullai ilə müqavilə müddətini artırıb.

 

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı hücumçu 2028-ci ilə qədər Buros təmsilçisinin şərəfini qoruyacaq.

 

“Sarı-qaralar”ın heyətində 36 oyun keçirən C.Abdullai 12 qola imza atıb.

 

Qeyd edək ki, “Qarabağ” “Elfsborq” ilə 2025-ci il, yanvar 23-də səfərdə qarşılaşacaq.

Gununsesi.info